Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
HADİSƏ

Azadlıq prospektinin daha bir hissəsi təmir edildi

<b>Azadlıq prospektinin daha bir hissəsi təmir edildi</b>

Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsində aparılan təmiri işləri yekunlaşıb

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, təmir edilən yol 4 hərəkət zolağından ibarətdir.
Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min m2 sahəsi asfaltlanıb.
Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir-tikinti işləri yekunlaşdırılmışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv