Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
SOSİAL

Azərbaycanda bu şəxslərə ehtiyac azalıb - Nazir

<b>Azərbaycanda bu şəxslərə ehtiyac azalıb - Nazir</b>

Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb

Report xəbər verir ki, bunu "Əmək bazarı: islahatlar və perspektivlər" mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var: "Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir".
S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya" sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv