Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
İDMAN

Azərbaycan İspaniya futbolunun sponsoru olur? - İddia

<b>Azərbaycan İspaniya futbolunun sponsoru olur? - İddia</b>

Bir neçə il əvvəl Madrid “Atletiko”suna sponsorluq edən Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər

APA-nın məlumatına görə, bu iddianı məşhur “As” nəşri irəli sürüb.
Bildirilir ki, qarşıdakı 5 ildə qurumun baş sponsoru olacaq Azərbaycan ispaniyalılara 50 milyon dollar ödəməlidi. Amma siyasi arenalarda baş verənlər və əksər yığmaların, o cümlədən İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməməyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.
Bu da İspaniya futbol qurumunda müəyyən narahatçılıqlara səbəb olub. Hətta federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun Bakıya səfəri də təxirə salınıb. Onların hətta ölkəmizə imzalanmalı olan sənədlərlə gəldiyi də iddia edilir.
İndi federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir və yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Bu baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv