Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
HADİSƏ

Nazir yeni rəis təyin etdi

<b>Nazir yeni rəis təyin etdi</b>

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış Ədliyyə Nazirliyinin Probasiya xidmətinə yeni rəis təyin olunub

Oxu.az xəbər verir ki, bu vəzifə Akşin Ziyadova həvalə edilib.
Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb.
Xatırladaq ki, Probasiya xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edəcək.
Yeni xidmət cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələri tətbiq edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv