Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
HADİSƏ

Şeyxin qudasının oğluna hökm oxundu

<b>Şeyxin qudasının oğluna hökm oxundu</b>

Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Report-un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən gün keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Azərsu ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinib.
Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsi isə ittiham olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv