Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
İQTİSADİYYAT

Bir sent dəyəri olan bitkoin 17 minə necə çatdı?

<b>Bir sent dəyəri olan bitkoin 17 minə necə çatdı?</b>

Bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu son günlərin ən məşhur rəqəmsal valyutası hesab edilən bitkoinə sərmayə qoymağın nəticələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb:
“2009-cu ildə 1 ABŞ senti nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan, onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir. Amma bitkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil”.
Q.İbadoğlu hesab edir ki, bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin mərkəzi banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq:
“Bitkoinə sərmayə qoymaq risklidir. Çünki o hələ özünü valyuta bazarında tam təsdiq etməyib, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv