Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
SİYASƏT

Türkiyə və İran Bakıda ümumi təhlükəyə qarşı birləşir

<b>Türkiyə və İran Bakıda ümumi təhlükəyə qarşı birləşir</b>

Bu görüş hazırkı geosiyasi şəraitdə mühüm əhəmiyyətə malikdir

Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşünü şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, görüş özündə terrora, radikal ekstremizmə qarşı birgə səylərin gücləndirilməsini ehtiva edir:
“Bu təhlükələrə qarşı vaxtında atılacaq addımlar baxımından nazirlərin Bakıda baş tutan üçtərəfli görüşü Bakı, Ankara və Moskvanın maraqlarına cavab verir. Türkiyə və İranın Suriya və digər bir sıra məsələlərdə fərqli möqvelərini Bakıda uzlaşdırmağa çalışmaları çox vacib məqamdır. Azərbaycan başa düşür ki, təhlükələr və risklər hər üç ölkə üçün ümumi xarakter daşıyır və buna görə də səylər birləşdirilməlidir. Bunun öhdəsindən gəlmək hər nə qədər çətin olsa da, real məsələdir. Hesab edirəm ki, nazirlərin üçtərəfli görüşü bu kontekstdə müsbət hadisədir, regionun indiki və gələcək stabilliyində mühüm rol oynayacaq”.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü baş tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv