Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
MƏDƏNİYYƏT

Xalq artistinin səhhəti yenidən pisləşdi

<b>Xalq artistinin səhhəti yenidən pisləşdi</b>

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib

O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.
Bu barədə Azvision.az-a Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.
“Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".
Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.
Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv