Son xəbərlər
23 YANVAR
22 YANVAR
19 YANVAR
SİYASƏT

Ərdoğanın Papaya təşəkkürü: sivilizasiyalar savaşı...

<font color=red><b>Ərdoğanın Papaya təşəkkürü: sivilizasiyalar savaşı...</b></font>

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması Yaxın Şərqdə yeni bir dönəmin başladığını göstərir.
Politoloq Nəzakət Məmmədova Axar.az-a müsahibəsində bundan sonra bölgədə hansı proseslərin cərəyan edəcəyi haqda danışıb.

- ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasında strateji hədəf nədir?

- Bununla ABŞ dünyaya və xüsusilə ABŞ və İsrailin planlarına müqavimət göstərən ölkələrə belə bir mesaj verdi: İsrail Yaxın Şərqin mərkəzi, Qüds isə onun paytaxtıdır. Mərkəz hansı ölkədirsə, Qüds də onun paytaxtı olmalıdır. Bu proses ilk növbədə ABŞ-da gedən müxtəlif qruplar arasında daxili mübarizənin təzahürüdür. ABŞ-ın daxili və xarici siyasətinə bu mübarizənin çox böyük təsiri var. Belə ki, Trampın arxasında Amerika yəhudi diasporu və onun ən nüfuzlu rəhbərlərindən biri, kürəkəni və baş müşaviri Kuşner dayanırsa, ona qarşı Pentaqonun elitasında toplaşmış katolik kəsim durur. Trampın seçki kampaniyasına Rusiyanın dəstəyi də məhz bu katolik hərbi-siyasi elita tərəfindən araşdırılır. Tramp əleyhinə ifadələr verilməsində, hətta impiçment məsələsinin gündəmə gəlməsində əsas rolu onlar oynamışlar.

- Trampın bu addımı Avropa Birliyi, İngiltərə, hətta Vatikanın da narazılığına səbəb oldu. Onların bu mövqeyi ABŞ-la münasibətlərin zəifləməsinə səbəb olacaqmı?

- Siyasi və iqtisadi birlikdən əvvəl öncəliklə bir katolik klubu olan Avropa Birliyi və onun mənəvi lideri Roma Papası xristianlığın da mərkəzi hesab olunan Qüdsün təkcə yəhudilərə məxsus olması ilə razılaşa bilməz. İslam Əməkdaşlıq Təşkilatı Trampın qərarından nə qədər narazıdırsa, Avropa Birliyi də bir o qədər narazıdır. Ərdoğanın öz çıxışında dəstəyinə görə Papaya təşəkkür etməsi təsadüfi deyildi. Çünki əsrlər boyu, hələ ABŞ bir dövlət kimi mövcud olmadığı zamanlarda belə Papa katolik Avropanın lideri idi və bu gün də onun üzərində böyük nüfuza sahibdir. Stalinin Vatikanın Hitleri dəstəkləməsini eşidərkən dediyi “Papanın nə qədər diviziyası var?!” sualı da katolik dünyasının kiçik Vatikana sıxışdırılmış mənəvi rəhbərinin əslində böyük Avropa qitəsi üzərində göründüyündən daha artıq təsirinin olduğunu göstərir. ABŞ-la bir çox məsələlərdə müttəfiq olan Mey, Merkel və Makronun da Trampın qərarına qarşı çıxması anqlo-sakson-frank-german həmrəyliyinin zəiflədiyini göstərir. Bundan başqa, Trampın Pentaqon və NATO-nun avropalı müttəfiqlərinə demarş edərək təşkilatın saxlanılması üçün üzvlərdən ümumdaxili məhsulun 2 faizini tələb etməsi Pentaqon və Avropa katolik qüvvələrini yəhudipərəst prezidentə qarşı bir qədər də birləşdirdi.

- İslam dünyasının bu məsələyə münasibətini necə qiymətləndirirsiniz?

- Aşkar görünən odur ki, bu məsələlərin dərin qatında dövlətlərin, təşkilatların, lobbiçilik edən qrupların mübarizəsi davam edir. Lakin bütün bunların əsasında sivilizasiyaların müharibəsi gedir. Ərdoğan Avropa liderləri ilə indiyədək heç bir məsələ ətrafında bu qədər yaxın mövqedən çıxış etməmişdi. Digər islam ölkələrinin, xüsusilə Səudiyyə, BƏƏ-yə gəlincə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bir müddət öncə mülayim islama keçid elan etməsi, ardınca sülalədəki rəqiblərinin həbsi ilə Səudiyyə oyundan uzaqlaşdırıldı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv