Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Bakıda içməli suda bakteriya aşkarlandı – Təhlükə

<b>Bakıda içməli suda bakteriya aşkarlandı – Təhlükə</b>

Ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub"

Report xəbər verir ki, bunu mərkəzin baş direktorunun müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.
O bildirib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.
Mərkəz rəsmisi qeyd edib ki, Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub: "Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar Azərsu ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv