Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
HADİSƏ

Azərbaycanda prezident seçkisi nə vaxtdır? - İlkin tarix

<b>Azərbaycanda prezident seçkisi nə vaxtdır? - İlkin tarix</b>

Azərbaycanda gələn il keçiriləcək növbəti prezident seçkisinin ilkin tarixi açıqlanıb

Report xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının təsdiqlədiyi 2018-ci ilin iş vaxtı normasını və istehsalat təqviminə əsasən prezident seçkisi üzrə səsvermənin oktyabrın 17-də keçiriləcəyi gözlənilir.
Nazirlikdən bildirilib ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv