Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
DÜNYA

ABŞ-dan Qüds qətnaməsinə “yox” deyənlərə sürpriz

<b>ABŞ-dan Qüds qətnaməsinə “yox” deyənlərə sürpriz</b>

ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndəlikləri üçün ziyafət təşkil edəcək

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli açıqlama yayıb.
O bildirib ki, səsvermədə iştirak etməyən, bitərəf qalan və qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndələrinə gələn il yanvarın 3-də “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti veriləcək.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı rədd edilib. Qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib, 35 ölkə bitərəf qalıb, 20 dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv