Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Qüdsdən sonra “masonluq” iddiaları puç oldu - Ekspert

<b>Qüdsdən sonra “masonluq” iddiaları puç oldu - Ekspert</b>

Dünən BMT-də Qüds məsələsində ədalətli və doğru qərar verildi

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, “dünyada islamafobiya var” və ya “dünyanı masonlar idarə edir” tezisləri boş sözlərdir:
“128 ölkə ABŞ-ın təklifinin əleyhinə çıxdı. Dünyada özünü müsəlman dövləti adlandıran cəmi 57 ölkə var, amma Qüds qərarında bu saydan 2 dəfə çox dövlət ədalətli mövqe tutdu. Müsəlman dünyası haqlı olanda ədalətli qərarlar görür”.
Ekspertin sözlərinə görə, ABŞ bu məsələdə təkləndi:
“ABŞ-ı müdafiə edən ölkələrin aralarında çox kiçik ada ölkələri, bir də Honduras adlı dövlət var”.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı rədd edilib. Qətnamənin lehinə 128, əleyhinə 9 səs verilib, 35 ölkə bitərəf qalıb, 20 dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv