Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Heydər Əliyevin məşhur cangüdəni Bakıda dəfn olunacaq

<b>Heydər Əliyevin məşhur cangüdəni Bakıda dəfn olunacaq</b>

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dəfn olunacaq

Report xəbər verir ki, onun cəsədi dekabrın 23-də Moskvadan Bakıya gətiriləcək və Azərbaycan paytaxtındakı qəbiristanlıqlardan birində torpağa tapşırılacaq.
Bu gün isə Moskvada Aleksanda İvanovla vida mərasimi keçiriləcək.
Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib.
Qeyd edək ki, Aleksandr Alekseyeviç İvanov (Saşa) uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv