Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Məxfi: “Ərköyün” şahzadə MOSSAD agenti çıxdı - Şok qətl

<b>Məxfi: “Ərköyün” şahzadə MOSSAD agenti çıxdı - Şok qətl</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərköyün” adlandırdığı Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zeyd 2010-cu ildə HƏMAS liderlərindən birinin öldürülməsi üçün MOSSAD-a informasiya ötürdüyü məlum olub

Axar.az xəbər verir ki, “Yeni akit” qəzeti Zayedin ölümünü təşkil etdiyi şəxsin, sürgündə olan və 2010-cu ilin yanvarın 19-da Dubayda qaldığı hoteldə öldürülən Mahmud əl Mabnuh olduğunu yazıb.
Mabnuh damarına zəhər yeridilərək öldürülmüşdü. Hadisədən sonra Dubay polisi hətta təbii ölümlə bağlı bəyanat belə yaymışdı. Qətlin MOSSAD tərəfindən təşkil edildiyi bilinsə də, məlumatı kimin ötürdüyü məsələsi gizli qalmışdı.
Sürgündə olan fələstinlilərin o dövrdə Qətər kimi, Dubaya da rahat gedib-gəldikləri məlumdur. Bu səbəbdən BƏƏ-dən heç bir təhlükə gözləməyən fələstinli liderin ölümü üçün MOSSAD-ın məhz Dubayda hərəkətə keçəcəyi ehtimal edilməyib. İsraillə BƏƏ-nin yaxınlaşmadığı bir dövrdə qətlin arxasında BƏƏ hökumətinin özünün dayandığını görmək isə çox çətin olub.
2012-ci ilin 28 sentyabrında İsrailin Baş naziri Benyamin Netenyahu ilə Abdullah bin Zayed arasında Nyu Yorkda çox gizli bir görüş baş tutub. Netenyahunun həmin görüşdə Zayedə qətlin təşkilindəki köməyinə görə təşəkkür etdiyi bildirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv