Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Nazirlikdən özünü doğrayan direktorla bağlı - Açıqlama

<b>Nazirlikdən özünü doğrayan direktorla bağlı - Açıqlama</b>

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır

Bu barədə Axar.az-a əhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.
Nazirlik hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.
Qeyd edək ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.
Xəstəxanaya yerləşdirilən direktorun vəziyyəti ağırdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv