Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Putinə böyük zərbə: “Kreml hesabatı” hazırlanır

<b>Putinə böyük zərbə: “Kreml hesabatı” hazırlanır</b>

Ağ Ev Konqresə Rusiya hökumətinə yaxın olan iş adamları və məmurlardan ibarət siyahının olduğu “Kreml hesabatı”nı təqdim edəcək

Axar.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında ABŞ Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniyel Frid söyləyib. Onun sözlərinə görə, bu siyahı əsasında gələcəkdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq ediləcək:
“Bu siyahıya düşmək o demək deyil ki, hər kəsə qarşı avtomatik sanksiyalar tətbiq ediləcək. “Kreml hesabatı”na xarici işlər və müdafiə nazirlərinin əlavə edilməsi imkanları azdır. Bu, hesabatın məqsədinə cavab verməyəcək. Siyahıda xüsusilə Rusiya prezidentinin yaxın ətrafında olan və qeyri-qanuni sxemlərdə iştirak edənlərin adları yer ala bilər. Bu şəxslərdən bəzilərinə qarşı artıq sanksiyalar tətbiq edilib. Söhbət biznesmenlər Gennadi Timçenko və Arkadi Rotenberqdən gedir”.
Fridin fikrincə, “Kreml hesabatı” ABŞ Prezidenti Donald Trampın bir müddət öncə imzaladığı “ABŞ düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun (CAATSA) əsasında hazırlanacaq:
“Bu hesabat ABŞ-ın və ilk növbədə Konqresin 2016-cı ildə Rusiyanın bizim ölkədəki seçkiyə müdaxiləsinə cavab olacaq. Bu, təkcə bizim seçkiyə yox, həm də Avropadakı siyasi proseslərdə iştiraka cavabdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv