Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Yeni il yarmarkaları bu ərazilərdə olacaq – Siyahı

<b>Yeni il yarmarkaları bu ərazilərdə olacaq – Siyahı</b>

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıtda təşkil ediləcək yarmarkaların yerləri açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar 28-31 dekabr tarixlərində fasiləsiz olaraq 4 gün müddətində nazirlik tərəfindən keçiriləcək.
Bakı şəhəri üzrə yarmarkalar bu ünvanlarda olacaq:
Xətai rayonu:
- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu:
- Keşlə bazarının ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu:
- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Sumqayıt şəhəri üzrə isə 2 yerdə yarmarka keçiriləcək:
- 12-ci mikrorayon
- Köhnə avtovağzalın yanı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv