Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
İQTİSADİYYAT

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

<b>Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb</b>

Dekabrın 25-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. Rusiya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.
Tədbirdə çıxış edən Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov Rusiya İxrac Mərkəzi barədə məlumat verib, Mərkəzin Rusiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində önəmli olacağını qeyd edib.
Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin ticarət əlaqələrinin Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən olduğunu, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılmasının ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına, iş adamları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının səyləri və siyasi iradəsi nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini vurğulayb. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamika müşahidə edilir. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradıb. Nazir Şahin Mustafayev bu gün açılan Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətinin də ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsində, işgüzar əməkdaşlığın inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əhəmiyyətli olacağını qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
Tədbir çərçivəsində Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin də yerləşdiyi “Ağ Şəhər”lə tanış olub, Rusiyalı nazirə layihə barədə geniş məlumat verilib.
Qeyd: Bakıda nümayəndəliyi açılan Rusiya İxrac Mərkəzi Rusiya müəssisələrinin xarici bazarlara çıxışının dəstəklənməsi, iş adamlarına gömrük, logistika, məhsulların sertifikatlaşdırılması sahəsində dəstək, yerli tərəfdaşların axtarışı üzrə məsləhət xidmətləri göstərir. Mərkəzin bir sıra ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv