Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Sərkisyan səfəri: Tiflisin Bakıya qarşı ikibaşlı oyunu...

<b>Sərkisyan səfəri: Tiflisin Bakıya qarşı ikibaşlı oyunu...</b>

Ermənistan Prezidenti Serj Sərkisyan bu səfərində Gürcüstandan müəyyən güzəştlər qoparmağa çalışacaq

Bu güzıştlərin içərisində Abxaziyadan keçən dəmiryolunun açılması məsələsi ön planda gəlir və bu məsələdə ola bilsin ki, Ermənistan və Gürcüstan müəyyən mərhələlərlə razılığa gələcək. Azərbaycanın isə bu məsələyə müqavimət göstərəcəyini tam əminliklə deyə bilərik.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistan və Rusiyanın həyata keçirməyə çalışdıqları əsas niyyət Abxaziyadan keçən və Ermənistana qədər gedib çatan dəmiryolunun açılması məsələsidir:
“Bu məsələ dəfələrlə qaldırılsa da, Gürcüstan buna etiraz edib. Çünki dəmiryolu təkcə Abxaziyadan deyil, həm də Gürcüstanın ərazisindən keçir. Bu hissələrə də Gürcüstan nəzarət edir. Bu dəmiryolunun açılmasında Ermənistanın əsas məqsədi ona qarşı həyata keçirilən dəmiryolu blokadasını aradan qaldırmaq, Rusiya isə Ermənistan ərazisindəki hərbi bazalarına və orada yerləşən qoşunlarına lazımi silah və digər ləvazimatı dəmiryolu vasitəsi ilə asanlıqla çatdırmaqdır. Çox təəssüflər olsun ki, son vaxtlar Gürcüstanın mövqeyində bu məsələ ilə əlaqədar müəyyən yumşamalar hiss edilir. Gürcüstan hələ ki, dəmiryolunun açılmasına razılıq verməsə də, bəzi hərbi yüklərin Şimali Qafqazdan keçən “Gürcüstan hərbi yolu” deyilən yolla daşınmasına icazə verir”.
Politoloq qeyd edib ki, bu, çox təhlükəli tendensiyadır:
“Çünki əvvəllər bu yol vasitəsilə humanitar təyinatlı vasitələr, məhsullar daşınırdı. Amma son zamanlar bu yolla hərbi təyinatlı məhsulların daşındığı müşahidə edilməkdədir. Doğrudur, Gürcüstan bunu qəbul etmir və etiraz edir. Amma Rusiyanın müəyyən təzyiqi və vədləri altında bu dəmiryolunun açılması üçün polemikalar və danışıqlar artıq sürətlənib. Sərkisyanın bu səfəri də əsasən bu məsələnin həlli üçündür. Əlbəttə, onun bu məsələdə tam müsbət cavab alacağı qənaətində deyiləm”.
Politoloq vurğulayıb ki, bu reallaşarsa, Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi zərbə vurular:
“Gürcüstanı bu yol vasitəsilə öz məhsullarını Avropa və Rusiya bazarlarına daha asan və ucuz çıxara biləcəyi ilə bağlı həvəsləndirirlər. Amma Gürcüstan unutmamalıdır ki, onsuz da BTQ Avropaya açılan pəncərə kimi Gürcüstanın sərəncamındadır və bu yolun bütün tikintisinin xərclərini Azərbaycan öz üzərinə götürmüşdü. Belə demək mümkündürsə, dəmiryolu faktiki olaraq, bizim pulumuz hesabına çəkildi. O zaman da şərtlərdən biri BTQ-dən, eləcə də Abxaziyadan keçən dəmiryolundan Ermənistana yük daşınmasına imkan verilməməsi idi. Bu şərtlər razılaşdırılıb”.
Politoloqun sözlərinə görə, məsələ kifayət qədər diqqətçəkicidir:
“Çünki Gürcüstanın müəyyən dairələrində, xüsusilə İvanişvilinin rəhbərlik etdiyi partiyada bu dəmiryolunun açılması lehinə fikirlər səsləndirilməkdədir. İvanişvili Rusiyada böyük biznesi olan oliqarxlardan biridir. Vaxtının çox hissəsini Rusiyada keçirir. Varidatının 5-7 milyard həcmində olduğunu söyləyənlər də var. Onun Rusiyanın təsiri altında olduğunu iddia edənlər qətiyyən yanılmırlar. Bir sözlə, Gürcüstan bəzən ikibaşlı oyunlar oynayır. Özünün müttəfiqlik borcunu, sədaqətini axıradək yerinə yetirmək istəmir”.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan bu gün Gürcüstana səfər edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv