Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
DÜNYA

Putinin ən ciddi rəqibi xalqı boykota səslədi - Video

<b>Putinin ən ciddi rəqibi xalqı boykota səslədi - Video</b>

2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot edin

Axar.az xəbər verir ki, bu sözləri öz tərəfdarlarına videomüraciətində rusiyalı müxalif bloger Aleksey Navalnı söyləyib.
“Biz bilirdik ki, Mərkəzi Seçki Komissiyası bizi qeydə almayacaq. Dəqiq və aydın planımız var. Biz seçicilərin tətilini elan edirik. Belə ki, bizə təqdim edilən prosedur seçki deyil. Biz seçkiyə qarşı təşviqata başlayırıq. İndi məntəqələrə gəlmək ləyaqətsiz davranış olardı. İndi məntəqələrə gəlmək yalan və korrupsiyaya səs vermək deməkdir. Bülleteni sıradan çıxarmaq çıxış deyil, çünki Kremli yalnız seçici fəallığı faktı narahat edir”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası Navalnının prezidentliyə namizədliyini qeydə almayıb. Buna səbəb kimi isə Navalnının ağır cinayətə görə həbsdə yatması göstərilib.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv