Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

100 il əvvəl bu qərarı qəbul edənlər…

<b>100 il əvvəl bu qərarı qəbul edənlər…</b>

Qaziantepdə millət vəkili Qənirə Paşayevanın kitablarının imza mərasimi keçirilib

Kult.az xəbər verir ki, deputat türk dünyasının müxtəlif bölgələrindən olan gənclər təşkilatları ilə görüşüb və geniş fikir mübadiləsi aparıb.
O qeyd edib ki, 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir:
“Beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqımızı qorumağın tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də türk dünyası olaraq birliyimizi və haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşür. Onlar tariximizə sahib çıxmalı, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və sosial mediada Qarabağ həqiqətlərinin daha geniş yayılmasında fəal olmalıdırlar”.
Q.Paşayeva görüşün sonunda gənclərə Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Eşq yolçusu” kitablarını imzalı hədiyyə edib.
Millət vəkili Qaziantepdə İraq türkmanları rəsmiləri ilə də görüşüb.
Deputat Şanlıurfa Türk Ocaqları başqanı Cəmil Dəmirlə görüşündə isə bu vilayətdə Qarabağ həqiqətləri ilə bağlı konfransın keçirilməsini müzakirə edib.
Q.Paşayeva Qaziantepdə yaşayan azərbaycanlılarla da görüşüb və onları Azərbaycanı daha fəal təbliğ etməyə çağırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv