Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

“Qarabağ: 2016-2017” adlı nəşr işıq üzü görüb

<b>“Qarabağ: 2016-2017” adlı nəşr işıq üzü görüb</b>

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair 2016 və 2017-ci illəri əhatə edən hesabatını əks etdirən “Qarabağ: 2016/2017” adlı kitab işıq üzü görüb.
Nəşrdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı mövcud durum geniş təhlil edilib. Kitabda 2016-cı ildə baş verənlərə qısa ekskurs edildikdən sonra Dağlıq Qarabağ ətrafında 2017-ci ildə cərəyan edən hadisələrin analitik təhlili verilib.
Bu təhlillərdə danışıqlardakı mövcud duruma, böyük dövlətlərin münaqişənin həllinə baxışlarına və bölgəyə edilən səfərlərə, o cümlədən nəşrdə “yorucu müharibə” kimi xarakterizə edilən cəbhə gərginliyinin ayrı-ayrı məqamlarına toxunulub, siyasi proseslərlə hərbi aktivlik arasında paralellər aparılıb.
Nəşrin redaktoru Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğludur.
Qeyd edək ki, Qərbi Kaspi Universitetində yeni yaradılmış Tətbiqi Politologiya Mərkəzində “Qarabağ” və “Multikulturalizm” laboratoriyaları fəaliyyət göstərir. Tələbələr burada müxtəlif istiqamətlər üzrə araşdırmalar aparır, analitik materiallar hazırlayırlar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv