Son xəbərlər
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
07 AVQUST
İQTİSADİYYAT

Bu bankda əhalinin 28 milyonu batdı - Ekspertdən çağırış

<b>Bu bankda əhalinin 28 milyonu batdı - Ekspertdən çağırış</b>

“Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır

Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:
“Müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda geri qaytarıla bilər. Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var”.
İqtisadçı hesab edir ki, əvvəla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır:
“Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.
İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək, onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.
Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28,3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başadüşülən deyil”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv