Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
HADİSƏ

Yollarda uşaq ölümləri… - Polkovnik səbəb açıqladı

<b>Yollarda uşaq ölümləri… - Polkovnik səbəb açıqladı</b>

Bu ilin 11 ayı ərzində uşaqların avtomobillərlə vurulması nəticəsində 7 yaşa qədər olan 57 uşaq ölüb

Axar.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev qonaq olduğu ASAN Radionun “Avtoarena” verilişində bildirib.
K.Əliyevin sözlərinə görə, 11 ay ərzində yollarda baş verən qəzalar zamanı 7 yaşa qədər 183 uşaq yaralanıb:
“7 yaşdan 16 yaşadək olan 22 uşaq və yeniyetmə də yol qəzasının qurbanı olub, 36 yaralı var. Yenə də uşaqların piyada kimi vurulması halı yüksəkdir. Bundan əlavə, ölən uşaqlar arasında sərnişin qismində olanlar da var”.
Polis polkovniki bildirib ki, yollarda piyada qismində uşaqların ölməsinə səbəb böyüklərin məsuliyyətsizliyidir:
“Bütün bunların da səbəbkarı böyüklərdir. Onlar yol hərəkəti qaydalarına əməl etmiş olsaydılar, belə ağır nəticələr baş verməzdi”.
K.Əliyev əlavə edib ki, builki göstəricilər ötən ilə nisbətən azalıb. Belə ki, qəzaların və xəsarət alanların sayında xeyli azalma qeydə alınıb. Lakin ölüm halı cəmi 8 fakt azalıb. Hansı ki, əvvəlki illərdə azalma 100-dən çox olurdu:
“Bu da bizi narahat edir. Biz cəmi 8 ölüm faktının azalmasıyla barışa bilmərik. Son vaxtlar ağır yol qəzalarının baş verməsi bizi narahat edir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv