Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Gerasimov təsdiqlədi: ABŞ yeni terorçular hazırlayır

<b>Gerasimov təsdiqlədi: ABŞ yeni terorçular hazırlayır</b>

ABŞ Suriyadakı Ət-Tanf hərbi bazasında İŞİD terrorçularını hazırlayır

Axar.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.
“Bu baza Suriya, İordaniya və İraq sərhədində yerləşir. Kosmik və digər növ kəşfiyyat vasitələri ilə burada terrorçuların olmasını görmək mümkündür. Onlar faktiki olaraq orada hazırlaşırlar. Ölkənin şimal-şərqindəki Şəddadi düşərgəsində də terrorçular var. Bu ərazi də amerikalılara məxsusdur. Onlar İŞİD-çidirlər, amma indi yeni ad – Yeni Suriya Ordusu adını götürüblər. Məqsədləri qeyri-stabillik yaratmaqdır. Biz bilirik ki, Şəddadi düşərgəsindən 400 nəfər Ət-Tanf bölgəsinə gedib. Hazırda Şəddadi düşərgəsində 750, Ət-Tanfda isə 350 döyüşçü var”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə bu barədə məlumatı Rusiyanın Suriyadakı Düşmən Tərəflərin Barışdırılması Mərkəzi yaymışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv