Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Polis Moskvada girovlar üçün əməliyyata başlayır - Video

<b>Polis Moskvada girovlar üçün əməliyyata başlayır - Video</b>

Moskvanın cənub-şərqində naməlum şəxsin fabrik binasına atəş açması nəticəsində bir nəfər həlak olub

12:19
Axar.az xəbər verir ki, hadisə Moskvanın İlovaysk küçəsində sahibkarlıq subyektləri arasında münaqişə zəminində baş verib.
Məlumata görə, tərəflərdən biri fabrik binasına atəş açıb, daha sonra isə bir neçə nəfəri girov götürüb. Polis tərəfindən ərazi mühasirəyə alınıb.
Hazırda şübhəli şəxslə əlaqə qurulması üçün yollar axtarılır.
***
Rusiya mətbuatı atəş açan şəxsin adını açıqlayıb.
Həmin şəxs fabrikin keçmiş rəhbəri və baş direktoru İlya Averyanovdur.
Moskva-24 telekanalına verdiyi açıqlamasında həmin şəxs bildirib ki, onun özünə də atəş açıblar. Hazırda fabrikə giriş-çıxışlar bağlanıb. Polis girovların azad edilməsi üçün əməliyyata hazırlaşır.
Qeyd olunur ki, hadisənin baş verdiyi “Menşevik” qənnadı fabriki bankrot olub, məhkəmə fabrikin müflis olması ilə bağlı yanvarın 18-də proses keçirəcək. Bankrot olunmaq haqda müraciəti Şəmsəddin Rəcəbov adlı şəxs təqdim edib. Onun vəzifəsi bilinmir.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv