Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Rus hakerdən etiraf: Bu dəhşətli virusları FSB yaradıb

<b>Rus hakerdən etiraf: Bu dəhşətli virusları FSB yaradıb</b>

“VannaKray” və “Lurk” viruslarının yaradılmasına Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edib

Axar.az xəbər verir ki, bunu “Dojd” televiziyasına göndərdiyi məktubda həbsdə olan rusiyalı haker Konstantin Kozlovski söyləyib.
“Adını çəkdiyim “Lurk” virusunun spesifikası belə idi ki, o yoluxdurulmuş obyektlərə sərbəst giriş imkanına izn verirdi. Bunun sayəsində bu obyektlərdə sərbəst şəkildə işləmək imkanı yaranırdı”, – deyə o bildirib.
Haker FTX ilə əməkdaşlığının ABŞ-a kiberhücumlarla məhdudlaşmadığını söyləyib. Kozlovski ABŞ Demokratlar Partiyasının Milli Komitəsinə hücumlarda iştirak etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu hücumlardan sonra özünün Milli Komitənin bazasına girməsi ilə bağlı xüsusi işarələr qoyub. Lakin Kozlovski özünün bu bazanın dağıdılması prosesində iştirak etmədiyini açıqlayıb.
O, həmçinin, “VannaKray” virusunun onun qrupundakı hakerlər tərəfindən hazırlandığını söyləyib.
Qeyd edək ki, Kozlovski 2016-cı ilin yayında həbs edilib. O, “Lurk” haker qrupuna rəhbərlik etməkdə və bu qrupun hazırladığı “Lurk” virusu ilə Rusiya banklarından 1,2 milyard rubl mənimsəməkdə ittiham edilib. Kozlovski sonradan verdiyi açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinə çalışdığını və onların işinə mayor Dmitri Dokuçayevin rəhbərlik etdiyini bildirib.
Dokuçayevin özü 2016-cı ilin dekabrında həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunub. Dokuçayevlə bərabər FTX-nin polkovniki Sergey Mixaylov, Georgi Fomçenkov və “Kasperski” şirkətinin əməkdaşı Ruslan Stoyanov saxlanılıb. Onların hamısı Amerika kəşfiyyatına rus hakerlər haqqında məlumat verməkdə ittiham olunublar.
“VannaKray” virusu bir müddət öncə dünyanın 150 ölkəsində 230 min kompüterə yoluxmuşdu. Bundan sonra ABŞ məlumat yayaraq, bu virusun Şimali Koreyanın “Lazarus” haker qrupu tərəfindən hazırlandığını bildirmişdi. Rusiyanın “Kasperski” şirkəti bunu təsdiqləmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv