Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
DÜNYA

Polis qətl törədən direktoru ələ keçirdi

<b>Polis qətl törədən direktoru ələ keçirdi</b>

Moskvada “Menşevik” qənnadı fabrikinin keçmiş direktoru İlya Averyanov polis tərəfindən saxlanılıb

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölməsinin rəhbəri Yuri Titov məlumat verib.
Onun sözlərinə görə, keçmiş direktor ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb. Titov bildirib ki, keçmiş direktor qaçarkən üzərindəki, “Sayka” markalı karabini tullayıb.
Onun haqqında “Qətlə yetirmə” və “Qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.
Bu arada Moskva prokurorluğu müəyyən edib ki, Averyanov icraçılar fabrikə daxil olan zaman atəş açmağa başlayıb.
Qeyd edək ki, dünən Moskvadakı “Menşevik” qənnadı fabrikinin keçmiş direktoru İlya Averyanov 1 nəfəri öldürüb, daha bir neçə nəfəri isə girov götürmüşdü. Polis əməliyyat nəticəsində fabrikə daxil olsa da, Averyanov oradan qaça bilmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv