Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
HADİSƏ

“Azəriqaz”dan bayram günləri üçün – Xəbərdarlıq

<b>“Azəriqaz”dan bayram günləri üçün – Xəbərdarlıq</b>

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə 31 dekabr 2017-ci il tarixindən başlayaraq 04 yanvar 2018-ci il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
Azəriqaz İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv