Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
DÜNYA

ABŞ tələbi: Madrid hərbi büdcəsini 80% artırdı

<b>ABŞ tələbi: Madrid hərbi büdcəsini 80% artırdı</b>

İspaniya hökuməti hərbi xərclərini artırmaq barədə NATO qarşısında öhdəlik götürüb

Axar.az xəbər verir ki, bu barədə informasiya İspaniya Baş naziri Mariano Raxoyun NATO Baş katibi Yens Stoltenberqə məktubunda yer alıb. Məktubda Raxoy ölkənin hərbi xərclərinin 80% artırılaraq 18 milyard dollara çatdırılacağını bildirib. Raxoy artımın nə zaman gerçəkləşdiriləcəyini bildirməyib.
Qeyd edək ki, Madridin bu qədər böyük artım qərarına rəğmən ölkənin hərbi xərcləri onun ümumdaxili məhsulunun 2%-ni təşkil etməyəcək. 2024-cü ildə bu göstəricinin ÜDM-nin 1,5-1,6% təşkil etməsi gözlənilir.
Hazırda İspaniyanın müdafiə xərcləri 10,7 milyard avro təşkil edir. Bu isə ölkənin ÜDM-sinin 0,81%-nə bərabərdir.
ABŞ Avropa ölkələrini hərbi xərclərini artırmağa çağırmışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv