Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
HADİSƏ

BAXCP sədrindən Yeni İl təbriki

<font color=red><b>BAXCP sədrindən Yeni İl təbriki</b></font>

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,
millət vəkili Qüdrət Həsənquliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanlayıb.
Təbrikdə deyilir:
"Dəyərli soydaşlarımız!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirik. 28 il öncə xalqımızın milli bayramlar təqviminə daha bir tarixi gün əlavə olundu. Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasına çəkilmiş tikanlı məftillərin sökülməsi, imperiyaların qanlı pəncələriylə ikiyə bölünmüş bir millətin Araz boyu yığışaraq "can qardaş" deyə haray çəkməsi xalqımızın həmrəylik rəmzinə çevrildi.
Tarixə “Gülüstan” adıyla düşmüş ayrılıq bir millətin ruhunu ikiyə bölə bilmədi. O gün torpağı parçalansa da mənəviyyatı, əxlaqı, dili, qan yaddaşı ikiyə bölünməyən böyük bir millət dünyaya, onun qəddar imperiyalarına və tarixə ləyaqət dərsi keçdi. Məhz bu birlik, milli təəssübkeşlik, tarixi qaynaqlara bağlılıq və özünəqayıdış nəticəsində müstəqil Azərbaycan Respublikası yarandı.
Bu gün müharibələr, deportasiyalar, təqiblər və digər səbəblərdən dünyanın dörd qütbünə səpələnmiş, sayı əlli milyonu ötən Azərbaycan türklərinin öz tarixi sərhədlərindən dəfələrlə kiçik olsa da belə müstəqil dövləti var. Tarix boyu daxili ziddiyyətlər, xarici basqılar və böyük dövlətlərin maraqları müstəvisində itirilmiş torpaqlarımızın məğlubiyyət sindromundan qurtulmamış ötən əsrin sonlarında işğal olunmuş ərazilərimizin ağrısıyla XXI əsrin 2018-ci ilinə qədəm qoyuruq. Daha
bir ilimizi Dağlıq Qarabağsız, ərazi bütövlüyümüzü təmin etmədən başa
vururuq.
Əziz bacı və qardaşlarımız!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təqvim ilinin son gününə təsadüf etməsində bəlkə də ilk baxışdan sezilməyən bir zərurət var - İl boyu baş verən qarşıdurmalardan qurtulub əl-ələ vermək, gerçək vətənpərvərlik duyğusu və əzmi ilə xalqımızın, dövlətimizin qarşısında duran maneələri birlikdə dəf etmək zərurəti! Yalnız bu yolla ötən hər ili təəssüf hissi ilə başa vurmaq, gələn hər ili sadəcə ümidlə qarşılmaq kimi romantik vərdişlərdən xilas ola bilərik.
Əziz soydaşlarım!
Bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim
ili münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət və
işıqlı sabahlar arzulayırıq!
Azərbaycanın bütöv və qüdrətli bir dövlətə çevrilməsində Tanrı yardımçımız olsun!
Nicatımız milli birliyimizdə, həmrəyliyimizdədir!"









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv