Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
MEDİA

Məhkəmədən ANS-lə bağlı – Qərar

<b>Məhkəmədən ANS-lə bağlı – Qərar</b>

“Sharks” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə ANS ÇM Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb

Axar.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qətnamə qismən ləğv edilib, həmin hissədə iddia təmin olunmayıb.
Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.
Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib.
ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS Sharks MMC-nin reklam məhsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib.
ANS rəhbərliyi "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyib.
"Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib.
Məhkəmə iddianı qismən təmin edib. Şirkət həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.
ANS ÇM Yayım və Media Şirkəti isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, borcun və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib.
Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya ləğv edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv