Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
DÜNYA

İsraillə ABŞ arasında İran razılaşması: Üç məxfi qrup

<b>İsraillə ABŞ arasında İran razılaşması: Üç məxfi qrup</b>

İsrail və ABŞ Ağ Evdəki məxfi danışıqlar zamanı İrana qarşı birgə fəaliyyət planı hazırlayıblar

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin “10-cu kanal”ı yayıb. Televiziya tərəflər arasında razılaşmanın dekabrın 12-də əldə olunduğunu bildirib.
Belə ki, bu tarixdə İsrail Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Meir Ben Şabat rəhbərlik etdiyi xüsusi nümayəndə heyəti ilə Vaşinqtona səfər edib. Səfər zamanı Ben Şabat ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterlə görüşüb. Görüşdə hər iki tərəfdən diplomatlar, xüsusi xidmət orqanları və müdafiə nazirliklərinin nümayəndələri iştirak edib. İki gün davam edən danışıqlardan sonra tərəflər hər birinin qarşısında müəyyən hədəflərin olacağı üç birgə işçi qrupunun yaradılması barədə razılıq əldə ediblər.
Yaradılan birinci qrup İranın nüvə proqramına qarşı fəaliyyətin aparılması üçün məsuliyyət daşıyacaq. Qrupun üzvləri Tehranın nüvə silahı əldə etməsinə maneə yaradan məxfi əməliyyatlar keçirəcəklər. İkinci qrup Tehranın regionda təsirinin artırmasına qarşı və Hizbullahla əlaqələrinə maneə yaradılması üçün çalışacaq. Bu qrup həmçinin Suriyada vətəndaş müharibəsindən sonra olan fəaliyyət planına cavab verəcək.
Son qrup isə İranın raket proqramı ilə mübarizəyə diqqət edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv