Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
HADİSƏ

Erməni diversant Bakıda

<b>Erməni diversant Bakıda</b>

Azərbaycan və Ermənistan üçün bir bəşəri həqiqət var ki, onlar dünyanın sonuna qədər düşmən ola bilməzlər. Çünki bu düşmənçilik davam etdikcə hər gün səngərdən bir şəhid xəbəri gələcək, hər gün Rusiyada, Gürcüstanda azərbaycanlılarla ermənilər bir-birini öldürəcəklər

Müharibə şəraitində ölümü başa düşdük, amma atəşkəs şəraitində bu qədər ölümün yaşanmasının heç bir məntiqi açıqlaması yoxdur. Bu baxımdan Azərbaycanlı müəllimin orta məktəbdə ermənilərlə sülhü təbliğ etməsini hardasa başa düşmək olardı. Amma...
Burda bir “amma” qoyub keçək mövcud reallıqlara.
1. Orta məktəb şagirdləri daim Xocalı soyqırımı, Mart qırğını ilə bağlı ağır psixoloji qatları olan, xof yaradan mətnlər oxuyurlar. Xatırlayıram, o vaxt “Oxu” kitabında elə bir şəkil var idi ki, sinif yoldaşımız kitabda fotonu görəndə qorxudan qışqırıb çölə qaçmışdı.
Yəni orta məktəb dərslikləri bu mövzuda uşaqları qorxaq, mağmın ruhda böyüdür. Uşaqların içində erməniyə nifrətdən çox, müharibə xofu formalaşır. Mən hətta erməni qadından qorxan azyaşlılarımızı görmüşəm.
Şagirdlərin içində bu qədər xof var ikən ermənilərlə sülhü təbliğ etmək nəticəsiz qalacaq. Çünki insan qorxduğu biri ilə dost ola bilməz, yalnız ona müti olar. Bu isə bir xalq üçün təkcə bu günün yox, həm də gələcəyin məğlubiyyətidir.
2. Erməni zabitləri azərbaycanlı qızları zorlayıb, məscidləri dağıdıblar.
Həmin bu azərbaycanlı müəllim isə qız şagirdinə erməni paltarı geyindirib, erməni kilsəsinin önündə şəklini çəkir.
Toplum məsələyə belə yanaşır: “ermənilər sənin iki müqəddəsini – uşaq və məscidlərini alçaldır, məhv edir. Sən isə onların iki müqəddəsini ucaldırsan”.
Təbii, belə şeylər ermənilərin müəyyən kəsimində xoş təəssürat yaratsa da, bizdə tam əksi olacaq. Çünki toplum belə şeyləri müqayisə edir və onda qaçılmaz aqressiya yaranır.

Yekun:

Ermənilərlə sülhü təbliğ edən azərbaycanlı müəllimin seçdiyi üslub kökündən yanlışdır və bu addımı doğru zamanda atmayıb. Onu hətta “erməni diversantı” adlandıranlar da var. Məncə, bu iddia absurddur. Ancaq onun üslubu elə erməni hərbi rəhbərliyinin maraqları ilə üst-üstə düşür: “Azərbaycan Qarabağı unutsun”.

Çıxış yolu:

İki millət arasında sülh yalnız bir halda - işğal altındakı Azərbaycan torpaqları bir güllə atılmadan azad ediləndə bərpa oluna bilər. Məhz bu baş verəndən sonra toplumlararası hansısa sülhdən, normal münasibətdən söhbət gedə bilər. Əks halda Azərbaycan insanında “aşağılanmışlıq hissi” yaranacaq və o, torpağını işğal etmiş, uşaqlarını, qocalarını öldürmüş erməniyə nifrətlə baxacaq. Bu nifrət isə tez-tez “insanlararası müharibələr”ə səbəb olacaq. Yəni müharibə səngərdə bitsə də, şəhərdə davam edəcək. Ona görə də erməni tərəfi Qarabağı birmənalı şəkildə, qeydsiz-şərtsiz azad etməlidir.
Aydındır ki, bu, təkcə Ermənistanın əlində olan məsələ deyil.

Epiloq:

Bir müəllimin edə biləcəyi ən yaxşı şey şagirdlərini hərtərəfli savadlı, mədəni, mütaliəli fərd kimi formalaşdırmaqdır. Uşaqları hansısa ideologiya ilə böyütmək, beyinlərini doldurmaq zərərlidir.
Ümumiyyətlə, bizdə vətənpərvərlik anlayışı dar bir çərçivədə başa düşülür. Vətənpərvərlik təkcə şəhidlərin adlarını, rayonların işğal tarixini əzbərləmək deyil, vətənpərvərlik həm də savadlı fərd kimi dünya üçün, ölkən və vətəndaşın üçün faydalı insan olmaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv