Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
İQTİSADİYYAT

MM-də müzakirə: Əhaliyə nə cavab verəcəyik?

<b>MM-də müzakirə: Əhaliyə nə cavab verəcəyik?</b>

2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olsa da, bir sıra məsələlərdə problemlər qalmaqdadır

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, xüsusən də, sahibkarlıq sahəsində mövcud problemlərin bəziləri bu il də həllini tapmadı:
“Sahibkarlar vəsaitlərin banklardan çıxarılmasına yaradılan məhdudlaşdırmada ciddi problemlər yaşayırlar. Bu gün sahibkarlarımızı ən çox narahat edən məsələ budur. Məhdudlaşdırmanın süni şəkildə qoyulması iqtisadiyyatımıza mənfi təsir göstərə bilər. Beynəlxalq Bank məsələsi kimi hal yenidən gündəmə gələcəksə, insanlara hansı cavab vermək istiqamətində düşünməliyik”.
Millət vəkili həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı görülən işlərin də qanedici olmadığını deyib:
“May ayında Cümhuriyətin 100 ili tamam olacaq, ancaq hələ də, ensiklopedik kitablar çap olumayıb və ya hər hansı film çəkilməyib. Dövlət başçısı üzərinə düşən işi yerinə yetirdi, lakin aididyyatı qurumlardan eyni diqqəti görmədik. Növbəti ildə bu məsələyə xüssui diqqət göstərilməsini istərdik”.
Spiker Oqtay Əsədov bilıdirib ki, cənab Prezident sərəncam verib, aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirir.
“İyun ayının 10-a qədər parlamentin 100 illik yubileyi keçiriləcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv