Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
MƏDƏNİYYƏT

Paşayevadan dövlət dili ilə bağlı mühüm təklif

<b>Paşayevadan dövlət dili ilə bağlı mühüm təklif</b>

Dövlət büdcəsindən maliyyələşən telekanallarda Azərbaycan dili dərslərinin tədris edilməsi çox yaxşı olardı. Bununla da xaricdə yaşayan soydaşlarımız Azərbaycanla bağlı məlumatları daha rahat əldə edə bilərlər

Bu sözləri millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dünyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycan dilində hazırkı qrafika ilə oxuya bilmirlər.
“Ona görə də diaspora nümayəndələri Azərbaycan telekanalları Azərbaycan dili dərslərini tədris etsinlər. Xüsusən də dövlət büdcəsindən maliyyələşən telekanallar bu addımı ata bilər”.
Millət vəkili həmçinin ödənişli ali təhsil alan əlil gənclərə ödəniş məsələsində kömək edilməsini təklif edib:
“Bu gənclərimizin sayı elə də çox deyil ki, bizə problem yaratsın. Hesab edirəm ki, bu qərar onlara stimul ola bilər. Yaxın zamanda əlil gənclər ödənişli təhsildən azad edilməsi ilə bağlı müraciət ediblər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv