Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
DÜNYA

Lavrov: “Çalışırıq, amma yapon imperatorunu devirə bilmirik...”

<b>Lavrov: “Çalışırıq, amma yapon imperatorunu devirə bilmirik...”</b>

Moskva 2017-ci il ərzində bir çox xarici dövlətlərin daxili işlərinə təsir etmək üçün çox “əmək sərf edib”

Axar.az xəbər verir ki, bu zarafatı NTV televiziyasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov edib. Televiziyanın aparıcısı Lavrova zarafatla müraciət edərək, ondan bir sıra ölkələrdəki seçkiyə Rusiyanın müdaxiləsini və bundan sonra da Moskvanın bu siyasəti davam etdirib-etdirməyəcəyini soruşub. Lavrov zarafata cavabında “Təkcə Yaponiya imperatorunu devirə bilmirik” deyib:
“Təkcə Fransa, İspaniya, Britaniya deyil. Siz bizim etdiklərimizi tam qeyd etmədiniz. Burada İsveç, Danimarka, Monteneqro, Makedoniya, Avstriya da var. Böyük əmək sərf etməli olduq. Bunun ucbatından əlimiz daha vacib olan şeylərə çatmayıb. Məsələn, Yaponiya ilə mədəniyyət əlaqələrini inkişaf etdirmək kimi... Hələlik, Yaponiya imperatorunu devirmək alınmır. Biz hər şeyi edirik ki, bu tez olsun, amma o, iki ildir yalvarır. Ümid edirik ki, alınacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv