Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
QHT XƏBƏR

“2017-ci il bizim təşkilat üçün yadda qalan il olub”

<font color=red><b>“2017-ci il bizim təşkilat üçün yadda qalan il olub”</b></font>

Niyaməddin Orduxanlı: “Şura rəhbəri Azay Quliyev milli və dövlət maraqlarının qorunmasında hər bir QHT-ə xüsusi diqqət göstərir”

“Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı 2017-ci ilin yekunu ilə bağlı Baymedia.az saytına açıqlama verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat üçün 2017-ci il uğurlu il olub: “2017-ci il bizim təşkilat üçün də çox səmərəli il olub. Azərbaycan Respublikasının Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir sıra rayonlarda, o cümlədən Salyan, Hacıqabul və Şirvanda "Gənclərin işsizliyinə dair alternativ monitorinqin aparılması" layihəsini reallaşdırmışıq. Hər 3 rayonda 400-dən artıq gəncin işsizlik səbəbini araşdırıb təhlil etmişik və layihəni uğurla başa vurmuşuq. Layihənin nəticələrinə dair müvafiq rəsmi qurumlara hesabatlar təqdim etmişik. Bu il ərzində təşkilatımız vətəndaş cəmiyyətinin ölkədə keçirdiyi əksər tədbirlərdə yaxından iştirak edib. Dövlət və milli maraqların müdafiəsi istiqamətində bir sıra tədbirlər keçirmişik. Azərbaycanın milli maraqlarına zərbə vuran və erməni diasopunun maliyyəsi ilə fəaliyyət göstərən milli satqınlar və ünsürlərə qarşı kəskin mövqeyimizi bildirmişik. Azərbaycanda artıq 4000-ə yaxın QHT rəsmi qeydiyyatdan keçib. Hər il Prezidentin yanında QHT Şurasının ciddi dəstəyi ilə 600-ə yaxın QHT-yə maddi və mənəvi dəstək olur. Hörmətli millət vəkilimiz, Şuranın rəhbəri Azay Quliyevin Qeyri-Hökumət Təşkilatlarına göstərdiyi diqqəti də xüsusi qeyd etmək istəyirəm. Dövlət və milli maraqların müdafiəsi istiqamətində hər bir QHT-nin fəaliyyətinə Azay müəllimin birbaşa dəstəyini görmək olur. Hesab edirəm ki, 2017-ci il bizim təşkilat üçün yadda qalan il olub”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv