Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Güneydə mitinqlərə çağırış edildi

<b>Güneydə mitinqlərə çağırış edildi</b>

Güney Azərbaycanda bugünə mitinq çağırışı edilib

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə etiraz aksiyalarının yanvarın 4-də keçirilməsi istənilib.
“Azərbaycan naminə və tapdalanmış hüquqlarımızın təmin olunması üçün təşkilat mənsubiyyəti olan və olmayan fəallar yanvarın 4-dən bütün Güney Azərbaycan şəhərlərində keçiriləcək aksiyaya dəvət olunur. Aksiyalar Azərbaycan türk millətinə edilən zülmlər, ana dilimizdə təhsil, Urmiya gölünün bərpası və s. kimi məsələlərə görə önəmlidir və keçiriləcək aksiyaların mehvəri, ümumiyyətlə, Azərbaycan olacaq.
Etirazlar yanvarın 4-dən (cümə axşamı günü) başlayaraq, hər gün saat 16:00-da şəhərlərin mərkəzi xiyabanı, Təbrizdə isə Rasta küçəsində keçiriləcək. Hər kəs aksiyalara qoşularaq tam mədəni şəkildə etiraz bildirməyə dəvət olunur”, - çağırışda bildirilib.
Qeyd edək ki, dekabrın 28-dən İranda başlayan aksiyalara Cüney Azərbaycan demək olar ki, qoşulmayıb. Güneylilər bu aksiyaları islahatçılar və mühafizəkarlar arasındakı mübarizə kimi qəbul edirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv