Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Ququşdan İran aksiyalarına münasibət

<b>Ququşdan İran aksiyalarına münasibət </b>

İranda keçirilən etiraz aksiyalarına tanınmış müğənni Ququş da səssiz qalmayıb

Publika.az xəbər verir ki, əslən azərbaycanlı olan sənətçi aksiyalar zamanı gənc qızın baş örtüyünü açmasını və hakimiyyət əleyhdarlarını dəstəklədiyini gizlətməyib. O, bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib:
“İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara nüsxə yaza və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamımızı alarıq. Sizinlə olduğumu yadda çıxartmayın".
Xatırladaq ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra əsl adı Faiqə Atəşin olan Ququşun həm müğənnilik, həm də aktrisalıq fəaliyyətinə qadağa qoyulmuşdu. Bu səbəbdən də o, 2000-ci ildə İrandan Amerikaya getmək məcburiyyətində qalıb.
O, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına da qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib:
“Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv