Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
HADİSƏ

Nazirlik bu maşını 250 manata satır

<b>Nazirlik bu maşını 250 manata satır</b>

İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib

Axar.az xəbər verir ki, 30 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 14 avtomobil təqdim edilib. Avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur. Hərracda ləğv edilmiş müəssisənin əsasən “Kamaz” və MAZ yük maşınları satılacaq.
Hərracda ən yüksək qiymətə avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur. Məclisin təqdim etdiyi “Nissan Maxima” avtomobili üçün ilkin start qiyməti 5000 manat müəyyən edilib.
Ən aşağı qiymətə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin təqdim etdiyi “Moskviç İJ-2715” markalı avtomobildir. 1987-ci il buraxılışı olan avtomobil 250 maata satılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv