DÜNYA
Makron: Ərdoğanla bunu müzakirə edəcəm

Türkiyədə mətbuat azadlığına müdaxilə edilir
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
Türkiyənin Avropa dəyərlərinə əməl etməsinin vacibliyini vurğulayan Makron Ərdoğanın Parisə səfəri zamanı mətbuat azadlığı məsələsinin müzakirə mövzusu olacağını açıqlayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya rəsmi səfərə yollanacaq.