Son xəbərlər
23 YANVAR
22 YANVAR
19 YANVAR
HADİSƏ

Lənkəranda qış otelləri tikilir – Turist axını

<b>Lənkəranda qış otelləri tikilir – Turist axını</b>

Qış turizmi üçün ölkənin cənub bölgəsi olan Lənkərana axın edənlərin sayı artıb

Axar.az xəbər verir ki, ötən ilin sonlarından Lənkəranda qış turizminə maraq göstərənlərin az olmağı bəlli olub. Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunması Lənkəran rayonunu turistlər üçün cəlbedici edib. Ötən ilin dekabr ayında Lənkəranda keçirilən “Çay, çəltik və sitrus festivalı” da rayona turist axınına səbəb olub.
Xüsusilə qış fəsli başlayandan turistlərin sayının artdığını nəzərə alaraq Lənkəranda iki böyük otelin inşasına başlanılıb. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Məlumata görə, 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov Axar.az-a verdiyi açıqlamada bildirib ki, əslində əvvəllər Lənkəranda təkcə 4-5 ay turizm mövsümü sayılırdı. Ancaq indi ilin bütün aylarında burada turist görmək olur:
“Təkcə 2017-ci ilin 11 ayı ərzində Lənkərana 20 mindən artıq turist gəlib. Keçən il qış mövsümü ərzində 1500 turist qəbul edən Lənkəranda təkcə noyabr ayında 3 mindən artıq turist olub”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv