Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

İtkin alpinistlərlə bağlı bu xəbər yalandır - Açıqlama

<b>İtkin alpinistlərlə bağlı bu xəbər yalandır - Açıqlama</b>

Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərdən birinin tapılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

Bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.
O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar davam etdirilir. Hələ ki alpinistlərin tapılması barədə mənə məlumat daxil olmayıb. Hazırda Quba rayonundayam, axtarışlar aparılır".
Onun sözlərinə görə, Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir.
Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv