Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
HADİSƏ

Gömrükdə pirotexniki vasitələr aşkarlandı

<b>Gömrükdə pirotexniki vasitələr aşkarlandı</b>

Gürcüstandan gətirilən pirotexniki vasitələr gömrükdə müsadirə olunub

DGK-dan verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb və həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv