Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Bakının bəzi ərazilərində qaz kəsildi – Səbəb

<b>Bakının bəzi ərazilərində qaz kəsildi – Səbəb</b>

Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub

APA-nın məlumatına görə, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.
“Hazırda “Azəriqaz”ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işçiləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək”, - deyə İ.Kərbəlayev vurğulayıb.
Bundan başqa, ötən gün Ramana qəsəbəsinin Şuşa şəhərciyində magistral qaz kəmərinin üzərində siyirtmədə baş vermiş nasazlıqla əlaqədar qəsəbənin qaz təchizatında fasilə yaranıb. İ. Kərbəlayev bildirib ki, artıq qəsəbəyə qaz təchizatı bərpa olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv