Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

“Er­­mə­nis­tan öz si­ya­sə­ti­nə müs­tə­qil­lik gö­rün­tü­sü ver­mə­yə ça­­lı­şır”

<font color=red><b>“Er­­mə­nis­tan öz si­ya­sə­ti­nə müs­tə­qil­lik gö­rün­tü­sü ver­mə­yə ça­­lı­şır”</b></font>

Cavanşir Feyziyev: “Ru­si­ya­­nın ica­zə­si ol­ma­dan Er­mə­nis­tan hökumətinin hər han­sı bey­nəl­xalq sə­viy­yə­li sə­nə­də im­za at­maq sə­la­­hiy­yə­ti yox­dur”

Av­ro­pa İt­ti­fa­qı Azər­baycan­la ye­ni sa­ziş bağlamaq üçün da­nı­şıq­lar apa­rır. Mil­li Məc­li­sin Av­ropa İt­ti­fa­qı-Azər­bay­can par­la­ment əmək­daş­lı­ğı ko­mi­tə­si­nin həm­səd­ri Ca­van­şir Fey­zi­ye­vin bu və digər məsələlər ba­rə­də “Milli Məclis” jurnalına müsahibəsini oxucularımıza təqdim edirik

- Azər­bay­can Av­ro­pa ilə əməkdaş­lı­ğa xü­su­si önəm ve­rir. Hazır­da Av­ro­pa İt­ti­fa­qı ilə öl­kə­miz ara­sın­da ye­ni tə­rəf­daş­lıq mü­qa­vi­lə­si bağ­lan­ma­sı üz­rə da­nı­şıq­lar ge­dir. Bu da­nı­şıqlar­da tə­rəf­lər han­sı ümu­mi razı­lıq­lar əl­də edib və Azər­bayca­nın əsas göz­lən­ti­lə­ri nə­lərdir?
- Av­ro­pa Azər­bay­ca­nın ən böyük ti­ca­rət tə­rəf­da­şı­dır və öl­kə­mi­­zin tə­şəb­büs­çü­sü ol­du­ğu bir sı­ra qlo­bal və re­gional la­yi­hə­lər məhz Av­ro­pa ilə əmək­daş­lı­ğı da­ha da ge­niş­lən­dir­mək, qar­şı­lıq­lı iq­ti­sa­disi­ya­si əla­qə­lə­ri da­ha da­ya­nıq­lı və da­ha eti­bar­lı sə­viy­yə­yə çat­dır­maq məq­sə­di gü­dür. Bu sı­ra­da üzə­rində fəal iş apa­rı­lan Av­ro­pa ilə ye­ni, yük­sək sə­viy­yə­li əmək­daş­lıq mü­­qa­vi­lə­si də Azər­bay­can-Aİ əla­qə­lə­ri­nin sonra­kı in­ki­şaf mər­hə­lə­si­nin xü­su­siy­yət­lə­ri­ni təs­bit et­mə­li, tə­­rəf­lə­rin öz üzə­ri­nə gö­tü­rə­cə­yi qar­şı­lıq­lı öh­də­lik­lə­ri müəy­yən­ləş­dir­­ mə­li­dir. Tə­rəf­lər ara­sın­da mü­qa­vi­­lə üzə­rin­də ra­zı­laş­dır­ma iş­lə­ri apa­rı­lır və əmi­nəm ki, hər iki tə­rə­fin ma­raq­la­rı­nı hər­tə­rəf­li şə­kil­də özün­də əks et­di­rən mü­qa­vi­lə la­yi­hə­si tez­lik­lə ha­zır ola­caq. Azərbaycanın göz­lən­ti­lə­ri bu sa­ziş əsa­sın­da Av­­ro­pa ilə si­ya­si, iq­ti­sa­di, mə­də­ni-huma­ni­tar əla­qə­lə­ri da­ha yük­sək səviy­yə­yə qal­dır­maq, qar­şı­lıq­lı müna­si­bət­lə­rin inkişa­fın­dan və­tən­daş­la­rı­mı­za və sa­hib­kar­la­rı­mı­za da­ha ge­niş şə­kil­də fay­da­lan­maq im­ka­nı yarat­maq və ən baş­lı­ca­sı, Azər­bay­ca­nın bey­nəl­xalq sə­viy­yə­də ta­nın­­mış sərhəd­lə­ri çər­çi­və­sin­də əra­zi bü­töv­lü­yü­nə Av­ro­pa İt­ti­fa­qı­nın tə­mi­na­tı­nın bir da­ha təs­diq­lənmə­si­dir. Şüb­hə­siz, bü­tün bu mü­hüm mə­qam­la­rın ye­ni əmək­daş­lıq müqaviləsində öz ək­si­ni tap­ma­sı bi­­zim üçün çox va­cib­dir.
- Er­mə­nis­ta­nın da Aİ ilə as­sosiativ üzv­lü­yə dair sa­ziş im­za­la­maq niy­yə­tin­də ol­du­ğu bildi­ri­lir. Tə­bii ki, bu, onun öz işi­dir, la­kin 2013-cü il­də Ermə­nis­ta­nın Şərq Tərəfdaş­lı­ğı çər­çi­və­sin­də as­so­siasi­ya sa­zi­şi im­za­la­ma­sı­na son an­da Ru­siya tərəfindən qa­da­ğa qo­yuldu­ğu heç ki­mə sirr de­yil və Serj Sar­kis­yan möv­qe­yi­ni dərhal də­yi­şə­rək öl­kə­si­nin Av­rasi­ya İq­ti­sa­di İt­ti­fa­qı­na üzv ola­ca­ğı­nı bə­yan et­di. Ru­si­yanın for­pos­tu olan Er­mə­nis­tanın bu ye­ni “cə­sa­rə­ti” bəs hara­dan qay­naq­la­nır?
- Qeyd et­di­yiniz ki­mi, 2013-cü il­də Er­mə­nis­tan Şərq Tə­rəf­daş­lı­ğı çər­çi­və­sin­də asso­siasi­ya sa­zi­şi im­za­la­ma­ğa cə­sa­­rət et­mə­di və bu­nun sə­bə­bi ay­dın­­dır. Er­mə­nis­tan si­ya­si ha­ki­miy­yə­ti Er­mə­nis­tan ma­raq­la­rın­dan çı­xış edə­rək öz və­tən­daş­la­rı­nın arzula­rı­na və is­tək­lə­ri­nə uy­ğun ad­dım atmaq iq­ti­da­rın­da de­yil, çün­ki bu ha­ki­miy­yət öl­kə və­tən­daş­la­rı tə­rə­­fin­dən se­çil­mə­yib, Ru­si­ya tə­rə­findən Er­mə­nis­ta­nı ida­rə et­mək üçün tə­yin olu­nub. Ona gö­rə də Ru­si­ya­­nın ica­zə­si ol­ma­dan Er­mə­nis­tan hökumətinin hər han­sı bey­nəl­xalq sə­viy­yə­li sə­nə­də im­za at­maq sə­la­­hiy­yə­ti yox­dur.
Bu sə­bəb­dən Er­­mə­nis­tan Ru­si­ya ilə Av­ro­pa ara­sın­da ma­nevr­lər et­mə­yə, öz si­ya­sə­ti­nə müs­tə­qil­lik gö­rün­tü­sü ver­mə­yə ça­­lı­şır. Bu də­fəki sa­ziş heç də Şərq Tərəfdaşlığı­na da­xil olan Uk­ray­na, Gür­cüs­tan və Mol­do­va ilə bağlanan as­so­siasi­ya sa­ziş­lə­ri­nin ey­ni­si de­yil. Er­mə­nis­tan­la Aİ ara­sın­da im­za­la­nan sə­nəd “Hər­tə­rəf­li və ge­­niş­lən­di­ril­miş tə­rəf­daş­lıq sa­zi­şi” ad­la­nır. Bu sa­zi­şin mət­ni də 1997-ci il­də im­za­lan­mış və 1999-cu il­də rati­fi­ka­si­ya edil­miş əmək­daş­lıq sa­zişin­dən o qə­dər də çox fərq­lən­mir. Di­gər as­so­siativ üzv­lər­dən fərq­li ola­raq bu müqavilənin tər­ki­bin­də Ermə­nis­tan və­tən­daş­la­rı üçün ən va­cib olan “Sər­bəst ti­ca­rət an­laşma­sı” yer al­mır. Bu da tə­biidir; Av­ra­si­ya İt­ti­fa­qı­nın üz­vü olan bir döv­lət­lə Aİ sər­bəst ti­ca­rət anlaşma­sı im­za­la­ya bil­məz və bu, Aİ-nin ma­raq­la­rı­na uy­ğun de­yil. Yə­ni bu sa­ziş Er­mə­nis­ta­nın dün­ya­ya açıl­­ma­sı, onun və­tən­daş­la­rı­nın Av­ro­­pa ilə bir­ba­şa mü­na­si­bət­lər­dən fay­da­lan­ma­sı üçün ye­ni heç bir imkan ya­rat­mır və for­mal xa­rak­ter daşıyır. Əhə­miy­yət­siz bir sə­nə­di im­za­la­maq üçün isə xü­su­si bir cə­­sa­rət tə­ləb olun­mur.
- Av­ro­pa İt­ti­fa­qı ra­zı­laş­ma imza­la­maq üçün Er­mə­nis­ta­nın qar­şı­sın­da qoy­du­ğu şərt “Met­sa­mor” AES-in fəaliy­yə­ti­nin da­yan­dı­rıl­ma­sı­dır. Ne­cə dü­şü­nür­sü­nüz, bu, terroru dəstək­lə­yən iş­ğal­çı bir döv­lə­tin ödə­yə bi­lə­cə­yi ən mi­ni­mal bə­dəl­dən be­lə az deyil­mi?!
- “Met­sa­mor” Atom Elekt­rik Stan­si­ya­sı­nın fəaliy­yə­ti­nin da­yan­dı­rıl­ma­sı hə­lə də Aİ-nin gün­də­li­­ yin­dən düş­mə­yib və Er­mə­nis­ta­nın bu mə­sə­lə­də də Aİ-ni al­dat­ma­sı diqqət­dən ya­yın­ma­yıb. La­kin az ön­cə söy­lə­di­yim ki­mi, bü­tün di­gər ta­le­yük­lü mə­sə­lə­lər­də ol­du­ğu kimi, bu mə­sə­lə­də də Er­mə­nis­tan Ru­si­ya­nın ira­də­sin­dən kə­nar hər han­sı bir ad­dım at­ma­ğa qa­dir de­yil və nə­ti­cə­də “Met­sa­mor” Atom Elekt­rik Stan­si­ya­sı­nın is­ti­fa­də­si­ni da­vam et­dir­mək­lə ilk növ­bə­də öz əha­li­si­ni, elə­cə də re­gion əhali­si­ni, o cüm­lə­dən Av­ro­pa­nı cid­di təh­lü­­kə qar­şı­sın­da qo­yur. La­kin “Met­sa­mor” Atom Elekt­rik Stan­si­ya­sı­nın fəaliy­yə­ti­nin da­yan­dı­rıl­ma­sı­nı heç də Er­mə­nis­ta­nın işğa­la gö­rə ödəyə­cə­yi bə­dəl he­sab et­mək ol­maz. İs­tə­ni­lən hal­da iş­ğal fak­tı yolverilməz­dir, ara­dan qal­dı­rıl­ma­lı­dır və bu­nun bə­də­li­ni Er­mə­nis­tan in­di­­dən ödə­yir. Bugün­kü sta­tus-kvo uzan­dıq­ca iş­ğal fak­tı Er­mə­nis­ta­na da­ha ba­ha ba­şa gə­lə­cək. Ar­tıq bu gün apar­dı­ğı iş­ğal­çı­lıq si­ya­sə­ti Er­mə­nis­ta­nın si­vil dün­ya­­ya in­teq­ra­si­ya­dan kənar­da qal­ması­na, re­gional in­ki­şaf la­yi­hə­lə­ri­nə qa­tıl­maq və bun­lar­dan faydalanmaq im­ka­nın­dan məh­rum ol­ma­sı­­na və nə­ti­cə­də öl­kə­nin sü­rət­lə də­­rin tənəz­zü­lə yu­var­lan­ma­sı­na yol açıb. Öl­kə­də əha­li­nin so­sial du­rumu ağır­laş­maq­da da­vam edir, hər il on min­lər­lə və­tən­daş hökm sü­­rən öz­ba­şı­na­lıq­dan və dilənçilikdən ca­nı­nı qurtarmaq, adi ya­şa­yı­şı­nı tə­min et­mək məq­sə­di ilə di­gər dövlət­lə­rə üz tu­tur. Öl­kə zi­ya­lı­la­rı­­nın bir qis­mi bu­nun iş­ğal­çı­lıq si­ya­sə­ti­nin nə­ti­cə­si oldu­ğu­nu an­la­yır, la­kin xa­ri­ci qüvvə tə­rə­fin­dən ida­rə olu­nan si­ya­si ha­ki­miy­yə­tə etiraz et­mə­yə güc­lə­ri çatmır. İş­ğal olunmuş tor­paq­lar gec-tez öz sa­hib­lə­ri­­ nə qayıda­caq, am­ma Er­mə­nis­tan üçün bu­nun da­ha acı nə­ti­cə­lə­ri qa­­çıl­maz­dır.
- Bu ya­xın­lar­da Pa­ris­də Azərbay­can “Eks­po-2025” sər­gi­si­nə ev sa­hib­li­yi et­mək üçün Ba­kı şə­hə­ri­nin təq­di­ma­tı­nı ke­çir­di. Ba­kı­nın “Eks­po-2025” sər­gi­sinə ev sahibli­yi qə­bul olu­nar­sa, Azər­bay­can bun­dan nə­lər əl­də edə­cək?
- Öl­kə­miz “Eks­po-2025” bey­nəl­­ xalq sər­gi­si­nə ev sa­hib­li­yi et­mək is­tə­di­yi­ni elan edib və bu is­ti­qa­­ mət­də fəal iş apa­rı­lır. Ha­zır­da dün­ya­nın ən bö­yük pay­taxt şə­hər­lə­rin­də Azər­bay­ca­nın na­mi­zəd­li­yi­nin dəs­tək­lən­mə­si­ni tə­min et­mək məq­sə­di ilə təqdi­mat təd­bir­lə­ri­nin ke­çi­ril­mə­si mər­hə­lə­sin­də­yik. Əgər nami­zəd­li­yi­miz dəstəklənərsə, bu hadi­sə növ­bə­ti də­fə Azər­bay­ca­nın dün­ya miq­ya­sın­da ar­tan nü­fu­zu­nu nü­ma­yiş et­dir­miş ola­caq. Öl­kə­mizin qlo­bal miq­yas­lı təd­bir­lə­rin təş­­ ki­lat­çı­lı­ğın­da bö­yük təc­rü­bə­si var və əmi­nəm ki, bu işin öh­də­sin­dən la­yi­qin­cə gə­lə bi­lə­rik. Be­lə mö­tə­bər təd­bi­rin res­pub­li­ka­mız­da ke­çi­ril­­ mə­sin­dən həm döv­lə­ti­miz, həm və­tən­daş­la­rı­mız ki­fa­yət qə­dər si­ya­si və iq­ti­sa­di di­vi­dent­lər əl­də edə­­cək. Növ­bə­ti də­fə Azər­bay­ca­nın xoş­mə­ram­lı bir öl­kə ki­mi dün­ya­ya açıl­ma­sı­nın şa­hi­di ola­ca­ğıq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv