Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Prezident tarixi bir qərar verdi - Millət vəkili

<b>Prezident tarixi bir qərar verdi - Millət vəkili</b>

Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini yaşadan Azərbaycan etibarlı əllərdədir

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi qərardır:
“Məlumdur ki, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan AXC-nin varisidir. Varisi olduğumuz AXC müsəlman aləminə, hətta Avropaya böyük nümunə idi. Avropanın aparıcı ölkələrində hələ o zaman qadınların səs vermək hüququ olmazkən, bu hüquq Xalq Cümhuriyyətində qanunla təsbit edildi. Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə “Bir dəfə yüksələn bayraq bir daha enməz” dedi və gələcək nəsillər bunu unutmadı, həmin bayraq hələ SSRİ adlı imperiyanın dağılmadığı illərdə Naxçıvanda rəsmiləşdirildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə həm Moskva, həm də onun Bakıdakı tör-töküntüləri ilə mübarizə apararaq, hər iki istiqamətdən təzyiqlərə rəğmən, Xalq Cümhuriyətinin qaldırdığı milli bayrağı Naxçıvanda ucaltdı”.
Millət vəkili qeyd edib ki, ulu öndərin davamçısı olan möhtərəm prezident İlham Əliyev ölkənin inkişafını daha da gücləndirdi:
“2018-ci ilə daha böyük ümidlərlə daxil oluruq. Bu isə 100 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin ənənələrinin Azərbaycanda yaşadığını və daha da inkişaf etdiyini göstərir. Xalq Cümhuriyyətini quran babalarımızın ənənəsi davam edir, məmləkətimiz etibarlı əllərdədir”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv