Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

ABŞ-dan vətəndaşlarına müraciət: Qarabağa getməyin!

<b>ABŞ-dan vətəndaşlarına müraciət: Qarabağa getməyin!</b>

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb

Report xəbər verir ki, bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.
Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.
Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür:
1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;
2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;
3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;
4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.
Sistemin saytında qeyd olunub ki, Azərbaycan teror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv